Vingçunun Azərbaycanda inkişaf tarixi

Yaranışı 350 illik bir tarixə söykənən Vingçun döyüş sənəti Dünyanın əksər ölkələrində sürətlə inkişaf olunur. Lakin ölkəmizdə 8 ildir ki mövcuddur.
Bu döyüş sənətinin Respublikamızda yeni olmasının səbəbi bu sahədə mütəxəssislərin olmaması idi.

Ving Çun formu

Ving Çun Çin ölkəsinin cənub bölgəsinə aid olan və özünü müdafiə üçün ən real praktik döyüş sənətidir. Ving Çun döyüş sənəti zəngin və praktik döyüş texnikaları, effektiv əl və ayaq zərbələri ilə yanaşı həm də kompleks hərəkətlər yığımı adlandırılan standart Formlardan ibarətdir. Ving Çun döyüş sənətində 3 təməl əl formu, 1 taxta adam formu, 2 silahlı form və 1 uzun ağac formu mövcuddur.

1- ci form Siu-Lim -Tao adlanır.

Mənası - "Kiçik fikir Yolu" deməkdir.
Bütün üst bədən Vin Çun quruluşu və təməl duruş mövqesində çalışdırılan ayaq məşqləri Siu-Lim-Tao adlanan kompleks hərəkətlər yığımı tədrisindədir. Siu-Lim-Tao şagirdə Ving Çun sənətinin təməllərini və özüylə baş-başa qalmasıyla qazana biləcəyi dincliyi verir.
Tərcüməsi "kiçik fikir yolu" olan SLT məşqləri əslində insana gündəlik düşüncələrdən xilas olmağı bu çalışma məşqləri vasitısilə sağlam və uzun ömür yaşamağa kömək edir. Siu Lim Tao tələbədə Çiqunun (daxili enerji) oyanmasına və inkişafına böyük təkan verir. SLT Ving Çunun baslangıç formasıdır.
Hər şey ona söykənir.Çünki SLT gerçək mənada Ving-Çunun təməlidir.
Ving-Çun doğru duruşlara, enerji çalışmalarına, və hərəkətlərin təməl prinsiplərinə uyğun bir şəkildə tətbiqinə əsaslanır. SLT və Ving-Çundakı bütün prinsiplərə 45 ya da 90 dərəcəlik bucaqlarla edilən hərəkətlərə əsaslanır.
Ving-Chun təməl texnikalarının çoxunun mükəmməlləşdirildiyi ilk forma olan SLT inkişaf etmiş nəfəs çalışması və təsirli bir müdafiə və hücum üçün lazım olan həndəsi və doğru dirsək və əl çalışmaları ilə tələbəni lazımlı xüsusiyyətlərlə təchiz edir. SLT forması 108 hərəkətdən meydana gəlməkdədir. Siu-Lim-Tao formasıyla aşağıdakı bir çox çalışma reallaşdırılmış olar
1. Mərkəz Xəttin (Chung-Sien) mühafizəsi
2. Əlləri doğru bir şəkildə istifadə edərkən bədənin balanslı və doğru bucaqlarda mühafizəsi
3. Dirsəkləri (dirsək enerjisi və gücünü) doğru istifadə etmə qabiliyyəti
4. Ving-Çun icra edərkən dönüləcək doğru və sabit bir duruş qazanımı
5. Doğru nəfəs alma qabiliyyəti.

2-ci form Chum Kiu adlanır.

Mənası - Körpü ( bağlantı) deməkdir.
Ving-Çunun effektif texnikalarına hazırlıq üçün Çam Kiu çox yaxşı çalışma formudur.
Bu formada rəqiblə bir təmas qurmaq məqsədi daşıyır.
Çam Kiu, Ving-Çunun ikinci təməl formasıdır və bir çox fərqli texnikaları ilə 1-ci forum olan Siu Lim taodan fərqlənir. SLT sabit bir mövqedə tətbiq olunarkən, CK hərəkətlidir və çox sayda rəqibə qarşı texnikaları inkişaf etdirən bir tətbiqdir. CKdə hisslər fərqlidir çünki soldan sağa və sağdan sola hərəkət edərsiniz, və bu səbəblə artıq tarazlıq çox böyük əhəmiyyət qazanar.
Bu formada hərəkətlər artıq iti və qüsursuzdur, tətbiq edici enerji və elementlər istifadə edər; ardından rahatlayar və sonra bir sonrakı hərəkətinə davam edər. Bütün forma sürətli və güclüdür; hər hərəkət sürətli bir şəkildə və qüsursuzca tətbiq olunar. CK formasının təməl nöqtəsi, adamın çox sayda rəqibin hücumuna ugradığında həqiqətən nə edə biləcəyinə görə iş görməsini təmin etməkdir.
Körpü (əlaqə,təmas) axtarış, arama olaraq tərcümə edilən olan CK Ving-Çunun ikinci formasıdır. Strukturca olaraq SLTdən daha inkişaf etmiş və daha kompleks hərəkətlərlə zəngindir. Bütün təməl əl texnikaları, enerji və o enerjinin istifadə edilməsinin inkişaf etdirildiyi SLT formasında çalışılan prinsiplər CK formasında da inkişaf edərək çalışılar, və bunlara əlavə olaraq inkişaf etmiş texnikalarla gerçək döyüş mühitinə daşına biləcək təsirli bir forumdur. CK formasının əsası təməl anlayış adından da aydın olduğu kimi, körpü yəni bir əlaqə (bir təmas) axtarışıdır. Burada ifadə edilən körpü (dirsəklə bilək arası) ya da rəqibin hər hansı bir fiziki əlaqə nöqtəsiylə (qollar ya da qıçlar) təmin ediləcək fiziki bir təmasdır. Bu təmas tətbiq edicinin Chi-Sao yoluyla inkişaf etdirmiş olduğu həssaslığını və enerjisini rəqibinin hərəkətlərini və planlarını oxuyaraq (hiss edərək) ona üstünlük təmin etməsi üçün istifadə edə bilməsini mümkün edər. Tətbiqlərdə ayaq çalışmaları, önə adım, arxaya adım, müəyyən bucaqlarda yanlara addımlar və sürüşmələr ya da eyni nöqtə üzərində edilən möhkəm dönmələr şəklində edilər. Addımlar rəqibə yaxınlaşmaq üçün sürətli və güclü bir şəkildə reallaşdırılmalıdır.

3-cü form Biu Gee adlanır.

Mənası - atılan ( Vurulan) barmaqlar deməkdir.
Ənənəvi olaraq bir zamanlar "ailə xaricinə əsla öyrədilməyən" yalnız Ving-Çunda üst səviyyələrə çatmış qabiliyyətli və seçilmiş bəzi şagirdlərə öyrədilən Biu-Gee, Ving-Çunun daha təsirli texnikalarını özündə cəmləyir. Təsirli və ardıcıl dirsək, ovuc və barmaq vuruşlarıyla müdafiə etməsi haradasa mümkün olmayan texnikaları inkişaf etdirmək üçün çalışılar. Bu formanın tətbiq oluna bilməsi və aydın ola bilməsinin sirri SLT və CK formalarının mükəmməlləşməsiylə mümkün olduğu üçün ilk iki təməl formanın əskiksiz çalışılmasını tələb edir.

Ving-Çun

Qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Ving-Çundur. Bu stil 1700- 1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır. Rəvayətə görə, həmin illərdə Çinə hökmranlıq edən Mançu höküməti tərəfindən Şaolin məbədi yandırılır və həmin hadisədə xeyli rahib və güclü ustadlar öldürülür. Lakin buna baxmayaraq məbəddən beş ustad qaça bilir. Həmin o qaçanlardan biri məhz rahibə Ng Mui idi. Rahibə Taylən dağındakı Ağ Durna Məbədində gizləndi. Yaşadığı həmin o hadisəni heç vaxt unuda bilməyən Ng Mui, bu məbəddə Zen təriqəti ilə məşğul olarkən eyni zamanda da Şaolin döyüş təlimi ilə də məşğul olurdu. Ng Mui başa düşürdü ki, bütün insanlar eyni gücə malik deyildirlər. Güclünü məğlub etmək üçün zəif nə etməlidir? Rahibə bir gün çay kənarında paltar yuyarkən bir durna ilə ilanın döyüşünə şahid olur. İlan, durnanın ətrafında ölümcül bir hücum edə bilmək ümidiylə dairəvi şəkildə dönərkən, durna dairənin ortasında qalıb daim ilana qarşı dönürdü. Durna, ilanın etdiyi hər bir hücumu qanadlarının biri ilə qarşılayarkən, eyni anda dimdiyi ilə ona hücum edirdi. Beləcə durna üzünü qanadları ilə qoruyub, dimdiyi ilə hücum edə bilirdi. Ng Muinin müşahidə etdiyi bu döyüş uzun bir zaman davam etdi. Bu döyüş Ng Mui yə yeni bir döyüş sisteminin yaratmasına səbəb oldu. Maraqla bu döyüşü izləyən rahibə Ng Mui, yeni bir stil yaratdı. Bir gün rahibə ərzaq almaq üçün Məbəddən yaxınlıqdakı kəndə gəlir, həmin kəndə başçılıq edən Vonq ləqəbli birisinin bir qızı incitdiyini görür. Həmin Vonq qızı zorla özü ilə evlənməsini istəyir və ona hədə qorxu gəlir. Qızın adı Ving Çun idi. Vinq Çun olduqca gözəl və ağıllı idi, lakin qızcığaz həmin o başçı ilə evlənmək istəmirdi. Ng Mui qızı özü ilə məbədə aparır və ona yaratdığı yeni döyüş stilini ona öyrədir. Bir müddət Ng Mui ilə qalan Ving-Çun bu döyüş texnikasını məharətlə öyrənir. Məbəddən qayıtdıqdan sonra Ving-Çun yenə də Vonq tərəfindən narahat edilir. O, belə olduqda onu açıq döyüşə dəvət edir. Şərt belə olur; Vonq qalib gələrsə Ving-Çunla evlənəcək,əks halda onu birdə narahat etməyəcək. Həmin döyüşdə Ving-Çun Vonqu məğlub edir. Beləliklə bütün narahatçılıqlara son qoyulur. Ng Mui yeni yaratmış bu döyüş stilinə ilk tələbəsi olmuş Ving-Çunun adını qoyur. Beləliklə yeni stil Ving-Çun adlanır. Bu döyüş stiıinin daha sonralar orjinal formada qorunub saxlanılması və inkişafı 1893-1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır. Yip-Man, Ving-Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk kung-fu ustasıdır. Yip-Man 13 yaşında olarkən ving-çunla məşğul olmağa başlamışdır. Onun müəllimi Çan Vah-Şu idi. Ustadından ving-çunun bütün döyüş sirrlərini mükəmməl öyrənmiş Yip-Man, 1967-ci ildə Honq-Konq vin-çun döyüş assosiasiyası qurmuşdur. Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li idi. Çində çox populyar olan bu stil, daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı. Ölkəmizdə də bu döyüş üslubu gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir. Bu döyüş sənətinin yarandığı məkan sayılan Çində və eləcə də bir çox ölkələrdə seminarlarda və təlim məşqlərində olmuş Azərbaycan Vingçun döyüş sənəti idman klubunun rəhbəri Asif Sayadov tələbələrinə bu döyüş üslubunu məharətlə öyrədir. Ving-Çun effektiv “Çi” tənəffüsündən, univrsal əl texnikalarından, çevik mövgelərdən və ayaq zərbələrindən istifadə edir – hansı ki, azaddır və tez-tez hərəkət edəndir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir. Təlim məşqləri bu texnika ilə başlayır və həssaslıq, hiss etmə qabiliyyətini özündə formalaşdırır.

"Wing chun-Kungfu"nun yaranma tarixi

Yaranışı 350 illik bir tarixə söykənən Vingçun döyüş sənəti Dünyanın əksər ölkələrində sürətlə inkişaf olunur. Lakin ölkəmizdə 8 ildir ki mövcuddur. Bu döyüş sənətinin Respublikamızda yeni olmasının səbəbi bu sahədə mütəxəssislərin olmaması idi. Hazırda isə Vingçun respublikamızda sürətlə yayılır və sevilir. Azərbaycan Vingçun döyüş sənəti idman klubu, beynəlxalq Vingçun assosiasiyasına rəsmi üzvdür. Klubun prezidenti Respublikanın əməkdar məşqçisi Asif Sayadovdur. Məqsəd, bu idman növünü inkişaf etdirmək və gələcəyimiz olan gənc nəslin sağlam ruhda böyüməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması və vətənimizi hüdudlarından kənarda təmsil etmək, idman şərəfini layiqincə qorumaqdır.

Bizim məqsədimiz

Ölkəmizin gənclərinin əsl vətənpərvər ruhda böyümələrinə, onların sağlam həyat tərzi sürmələrinə, pis vərdişlərdən çəiknməlrinə, Vətən üçün, millətimiz üçün əsl layiqli bir övlad olmalarına, xarici ölkələrdə hər zaman ölkəmizin idman şərəfini layiqincə qorumalarına çalışmaqdır.

Linklər

...

Bizimlə əlaqə

Bakı şəhəri, İnşaatçılar pr., 111 ,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kolleci
Olimpin yanı