Xocalı soyqrımına həsr olunmuş turnir keçirilib

Ötən gün Bakı Biznes Universitetinin zalında 26 fevral Xocalı soyqrımına həsr olunmuş Vin Çun- Kunqfu üzrə Bakı Kuboku keçirilib.
Bakı Biznes Universiteti və Azərbaycan Vin Çun Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan turnirdə paytaxtın müxtəlif idman klublarından 160-dan çox idmançının iştirak edib.
Yarışda, ümumilikdə 21 dəst medal öz sahibini tapıb. Kunqfu- sanda üzrə döyüşlər 21 kq çəki dərəcəsində 6-18 yaş kateqoriyasında keçirilib.
Vin Çun taolu üzrə yarışlar 18-36 və 36+ yaş kateqoriyasında aparılıb. Qaliblərə medal və fəxri diplomlar təqdim olunub.

Linklər

...

Bizimlə əlaqə

Bakı şəhəri, İnşaatçılar pr., 111 ,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kolleci
Olimpin yanı